İran

İran rejiminin qeyri-farslara qarşı münasibəti

İranda müxtəlif inanclı etnik qruplar yaşıyır. Bu ölkədə Pəhləvi dönəmindən bəri yeni bir millət və dövlət anlayışı formalaşdırılıb. Bu anlayışa görə ölkədə fars etnik qrupu üstün mövqeyə sahibdir. Bu tarixdən etibarən İranda təkcə farslar səlahiyyət sahibi oldular. Dövlətin millətə olan baxışı sözügedən ideoloji üzərində düzənləndi. Fərqli etnik qrupların yaşadığı bu ölkədə basqı sistemi ancaq kültürəl soyqırımla mümkün ola bilərdi. Beləliklə, fars milliyətçiliyi dövlətçiliyin təməl düşüncəsinə çevrildi. Qeyri-farslar isə yox olmağa məhkum edildilər. Müasir dövrdə misli görünməyən bir asimilasyon başladıldı. Bu siyasət ölkənin hər yerində tətbiq edildi. Nəticədə özəlliklə sayları az olan bir çox kültür tamamilə məhv edildi. Ancaq türklər kimi sayları çox olan millətlər hər şeyə rəğmən mübarizə aparmağı bacardılar. İslami İnqilabdan sonra fars faşizminə bir də məzhəb faktoru artırıldı. Şiə təriqəti fars milliyətçiliyinin tərkib bölümünə çevrildi. Bu olaydan sonra özəlliklə qadın hüquqları basqı altına alındı. Uzun illər davam edən siyasət nəticəsində qadınlar daha da ağır basqılara məruz qaldılar. Bildirək ki, İranda yaşayan ərəblərdə Novruz kültürü yoxdur. Onlar milli bayram kimi Fitir bayramını qeyd edirlər. Ancaq fars milliyətçiliyinin təbliği ilə Ələhvaz bölgəsində, umumiyyətlə ərəblərdə milli kültür anlayışı məhv edilib. Bu kimi olaylar türklərdə də baş verib. Belə ki, türk dilində təhsilin qadağan edilməsi Güney Azərbaycanda ədəbiyyata mənfi təsir göstərib. İran toplumunda qadınların hüquqlarının əllərindən alınması onlara qarşı şiddətin yayqınlaşmasına səbəb olub. Bu, siyasi muxalifətlə də həll olunacaq məsələ deyil. Çünkü İrana düşmən mərkəzçi müxaliflər bəzən hakimiyyətdən daha radikal düşüncələrə sahibdirlər. Hakimiyyət bəzən fars olmayan qruplara məhdud azadlıqlar verməklə müxalifətlə olan münasibətləri qaydaya salmağa çalışır.  Nümunə olaraq İranda usulgəra adlandırılan radikal siyasətçilərin Azərbaycanın haqlarından danışmalarını qeyd edə bilərik. Bu durumla seçkilər ərəfəsində daha çox rastlaşırıq. Buna baxmayaraq, Azərbaycan haqqında danışanlar bu yöndə bir addım belə atmayıblar. Tək məqsədləri müxalifəti azaltmaqdır. Nə qədər çətin olsa da, fars olmayan millətlər arasında öz soykökünə qayıdış prosesi görünür.

Related Articles

Bir cavab yazın

Back to top button