İran

İranın Sistan və Bəlucistan əyalətində atışma olub: ölənlər var

İranın Sistan və Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə naməlum silahlı şəxs arasında atışma olub. Bu barədə İran mediası məlumat yayıb.

Hadisə dünən, yanvarın 8-i günorta saatlarında bölgənin Bəmpur şəhərində baş verib. Bildirilib ki, polis silahlı şəxsi saxlamaq üçün əməliyyat keçirən zaman o, müqavimət göstərərək atəş açıb.

Bəluc fəalları tərəfindən yayılan məlumatlarda yazılır ki, hökumət rəsmiləri Əkrəm Naruyi adlı etnik bəlucun evinə hücum ediblər. Onların sözlərinə görə, münaqişə zamanı Əkrəm Naruyi və onun evində olan daha 3 nəfər həlak olub, iki qadın isə yaralanıb.

Bununla yanaşı, 1 polisin öldürüldüyü, ikisinin yaralandığı qeyd edilib

Related Articles

Bir cavab yazın

Back to top button