İran

Ərdəbildə çörəklər sağlıq qaydalarına uyğun hazırlanmır

Ərdəbildə çörəkçilərin sağlıq protokollarına və çörək təmini ilə bağlı qanunları riayət etməməsi əhalinin haqlı narazılığına səbəb olub. İnsanları narahat edən başqa bir məsələ isə koronavirus dönəmində saatlarla çörək növbəsində gözləmələridir. “Çörəkləri bir neçə dəqiqə belə növbədə gözləməyən tanışları və qohumları üçün ayırırlar. Etiraz ediləndə isə xoşagəlməz davranır və çörək satmırlar. Ümid edirik ki, məsullar, nəzarətedici idarələr müşkülün həlli və vətəndaş hüquqlarının qorunması ilə bağlı lazımi işlər görəcəklər”,-deyə sakinlərdən biri diqqətə çatdırıb. Ərdəbil Əyalətinin Sənaye və Ticarət Sazmanın rəisi Ramin Sadiqi məsələyə münasibət bildirib. O, gündəlik tələbat məhsullarının paylanılması prosesinə ilgili idarələrin nəzarət etməsinin vacibliyini bildirib. Pozuntuya yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu söyləyib. Sadiqi əhalinin qanun pozuntusuna yol verən şəxlər barədə bilgi verməsini istəyib. Vətəndaş hüquqlarının qorunmasının önəmini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button