İran

İranda son iki həftədə 63 nəfər edam olunub

Son iki həftə ərzində, aprelin 17-dən mayın 1-dək İranda barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub.

“ANT” “Radiofarda”ya istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm yayıb.

Bildirilib ki, edamlar hər 5 saatdan-bir icra edilib.

Təşkilatın hesabatına əsasən, bu il başlayandan İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

Mahmud Əmiri-Müqəddəmin sözlərinə görə, beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır: “İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”.

Related Articles

Bir cavab yazın

Back to top button