İran

GİLANDA KORONOVİRUS HƏYACANI DAVAM EDİR

Gilan ustanında koronavirusun ikinci dalğası başladı
Gilan ustanının Tibb Elmləri Danişqahının rəisi Ərsalan Salari bildirib ki, koronavirusa görə mərizxanaya yerləşdirilən mərizlərin sayının artması ustanda bu mərizliyin ikinci dalğasının yayıldığını göstərir.
O, Gilan ustanında koronavirusa tutulanların sayının artmasından nigarançılığını bildirərək deyib: “Son günlər ictimai fasilə qaydalarına əməl edilməməsi kimi müxtəlif səbəblərə görə virusa tutulma sayında artım var, bu da mərizxanaya yerləşdirilənlərin sayının artmasına gətirib çıxarıb”.
Ötən gün İranın Behdaşt Vəzirliyinin sözçüsü Kiyaniş Cahanpur deyib: “Son 24 saatda ölkədə 3 134 yeni şəxsə Covid-19 təşxisi qoyulub və mərizlərin ümumi sayı 160,696-nəfərə çatıb”.
İranda koronavirusun yayılmasından bəri, ötən gün virusa tutulan mərizlərin sayı ən yüksək həddə olub.

Related Articles

Bir cavab yazın

Back to top button