AzərbaycanİranMəqalələr

Kürd terrorçularının azərbaycanlılara qarşı etdikləri soyqırım: Sulduz qətliamı

Qətliam nəticəsində 2000-dən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb

20 aprel 1979-cu ildə Güney Azərbaycanın Sulduz (indiki Nəqədə) şəhərində kürd terrorçuları azərbaycanlıları kütləvi şəkildə qətlə yetiriblər.

İranda Şah hakimiyyətinin devrildiyi bir vaxtda ölkədə vəziyyətin gərginləşməsindən istifadə edərək, kürdlər ilk öncə 20 fevral 1979-cu ildə Məhabad qarnizonunu ələ keçirdilər. Daha sonra onlar İran Kürdüstan Demokratik Partiyası adı altında ölkədə hərbi bazaları qarət edib Sulduz şəhərinə yollandılar. Sulduz qətliamı kimi tarixə düşən hadisə Azərbaycan torpaqlarında kürdlərin nüfuzunu artırmaq, həmçinin Kürdüstan qurmaq məqsədi ilə törədilib.

20 aprel 1979-cu ildə təxminən 20 min silahlı kürd terrorçuları, əsasən, azərbaycanlıların yaşadığı Sulduzda mitinq keçirmək üçün yola düşdülər. Həmin zaman kürd terrorçuları İran Kürdüstan Demokratik Partiyasının lideri Abdurrəhman Qasımlı başda olmaqla şəhərə daxil oldular. Kürdlərin gəlişi zamanı şəhər sakinləri öz təhlükəsizlikləri üçün partiya rəhbərlərini mitinqi başqa yerdə və ya silahsız keçirməyə razı salmağa çalışdılar. Buna baxmayaraq, kürd terrorçuları mitinq üçün şəhərin stadionunda toplaşdılar. Mitinq başladıqdan bir müddət sonra kürdlər şəhərə hücum edib, azərbaycanlıları öldürməyə başladılar.

Çox az sayda silahları olan yerli əhali dini şəxsiyyət Molla Həsənlə birgə şəhərin Qala Başı və İmam küçəsindəki yüksəklikləri ələ keçirməyi bacardılar. Bir neçə gün keçdikdə qarşıdurmalarda ağır itki verən kürd terrorçuları şəhəri tərk etdilər.

Sulduz şəhəri ilə birlikdə ətraf kəndlər də kürd terrorçularından ağır zərbələr alıb. Nəticədə 2000-dən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

Molla Həsən öz xatirələrini topladığı kitabda Sulduz qətliamı haqqında məlumat verib: “Hadisədən bir gün sonra şəhərdə iki evi çox yaxından gördüm. Bir evdə 11 nəfəri başı kəsilmiş vəziyyətdə görəndə mənə çox pis təsir etdi, üç yaşında qızın başını şişlə anasının sinəsinə tikmişdilər, 22 nəfər boğazdan asılaraq edam edilmişdi, digər evdə isə bir gənci balta ilə doğramışdılar…”.

Related Articles

Bir cavab yazın

Back to top button