İran

Kərəcdə 20 mədəni fəal həbs olunub

Onlar yazıçı Səməd Şəbaninin anım mərasiminə qatıldıqları üçün saxlanılıblar.

Kərəc şəhərində tanınmış yazıçı və şair Səməd Şəbaninin anım mərasiminə qatılan 20 mədəni fəal İranın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Səha Murtəzayi, Əlirza Səqəfi, Hakə Əsgərzadə, İlham Salehi və Səmanə Muradi məmurlar tərəfindən naməlum yerə aparılıb və başqa 15 nəfər fəal bir neçə saat dindirildikdən sonra girov qarşılığında sərbəst buraxılıblar.

Məlumatda saxlanılan şəxslərin hamısının mobayl telefonlarının müsadirə edildiyi, ictimai və mədəni tədbirlərə qatılmayacaqları barədə iltizam alındığı bildirilir.

Qeyd edək ki, tanınmış yazıçı, şair, ssenarist və mədəni fəal Səməd Şəbani martın 1-də dünyasını dəyişib.

Related Articles

Bir cavab yazın

Back to top button