İran

Riza Məlikzadə: “İranın koronavirus peyvəndinin istehsalı üçün lazımi infrastrukturu yoxdur”

“Koronavirus vaksinini hazırlamaq üçün bəzi lazımi alt quruluşlarımız yoxdur. Ancaq bunu hazırlamağın biliyinə sahibik”. Bunu
İranın Sağlıq vəzirinin Teknoloji və Təhqiqat işləri üzrə müavini Riza Məlikzadə deyib. O, koronavirus vaksininin Amerikanın Fayzer şirkəti tərəfindən hazırlanmasına işarə edərək bildirib: “Yüksək teknolojiyə sahib bu vaksin sonuncu təyidi olunarsa, insanlar kovid-19 mərizliyinə qalib gələ bilər. İranda vaksinin hazırlanması prosesi hələlik klinik sınaq mərhələsinə çatmayıb”. Bu il mordadın 10-da Xameneinin tabeliyindəki “İmamın Fərmanının İcrası Qərargahı”nın rəisi Məhəmməd Moxber vaksinlə ilgili bildirib: “Koronavirus vaksini üç heyvan üzərində testi edilib. Önümüzdəki bir-iki həftədə onun insan üzərində testinə başlanılacaq”.
Vurğulayaq ki, bu deyilən sözdən üç aydan çoxdur ki keçir ancaq, İranda koronavirus vaksinin insan üzərində test edilməsi ilə bağlı heç bir xəbər yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button