Dünyaİran

İran XİN başçısı Fransa və İrlandiya XİN başçıları ilə danışıb

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan martın 12-də fransalı həmkarı Ketrin Klona və İrlandiyanın xarici işlər naziri Maykl Martin ilə telefonla danışıb.

XİN başçıları İranhəbsxanalarında saxlanılan ikili Fransa-İrlandiya vətəndaşlığı olan məhbusun azadlığa buraxılmasını müzakirə ediblər.

Qeyd edək ki, İran ötən ilin oktyabrında Məşhəddəki son etiraz aksiyaları ilə bağlı xəbər və reportaj hazırlamaq ittihamı ilə həbs edilərək mühakimə olunan Fransa əsilli İrlandiya vətəndaşı “Bernard Filan”ı azad edib.

Qeyd edək ki, İran hökuməti uzun illərdir ki, xarici vətəndaşları casusluqda ittiham edərək öz imtiyaz və tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

Bu hökumət əvvəllər də iranlı və əcnəbi məhbusları etiraf etməyə məcbur edib.

Sonra dediklərini qəti şəkildə rədd edib və etiraflarının məcburi və təhdid altında alındıqlarını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button