İran

İranın ixrac gəlirləri məlum oldu

Tehran Başmaq Satıcıları Birliyinin rəisi Əli ƏjdərKeşin İranda sadirat gəlirlərinin məbləği barədə məlumat verib. Onun sözlərinə görə, təhrimlər tətbiq olunmazdan öncə ölkədəki qeyri-neft gəlirləri Çinin başmaq sadiratından əldə etdiyi gəlirlərlə bərabər idi. Ancaq təhrimlər dövründə bu gəlirlər kəskin şəkildə azalıb.
Qurum rəsmisi bildirib ki, çinlilər başmaq sadiratından 80 milyard, italyanlar isə təqribən 13 milyard dolar qazanc əldə edirlər. Ancaq bu rəqəm 100 milyon dolar civarındandır.
Məlumata görə, təhrimlərin olmadığı şəraitdə İranın qeyri-neft sadiratı 45 milyar hüdudunda olub. Belə ki, ötən il bu rəqəmin 41 milyard dolar olduğu açıqlanıb. Keçən il neft gəlirlərinin 20 milyard dolara düşdüyünü nəzərə alsaq, İranın toplamda ərz qazancı 60 milyard dolar belə təşkil etmir. Bununla da Çinin 80 milyard dolarlıq başmaq sadiratının İranın ötən və builki sadiratından çox olduğunu demək mümkündür.

Related Articles

Bir cavab yazın

Back to top button