İran

İran rəsmisi: “Yoxsulluq səbəbindən xalq öz böyrəklərinin satış qiymətini artırıb”

"Aznews tv"xəbər verir ki, hazırda dövlətin böyrək alışı üçün təyin etdiyi rəsmi qiymət 80 milyon tüməndir.

Kermanşah vilayətinin Böyrək Xəstəlikləri Birliyinin sədri Hüseyn Bigleri ölkədə insanların iqtisadi problemlər üzündən böyrəklərini baha satdığını deyib.

“Aznews tv” xəbər verir ki, hazırda dövlətin böyrək alışı üçün təyin etdiyi rəsmi qiymət 80 milyon tüməndir.

Hüseyn Bigleri əlavə edib ki, lakin yoxsulluq və iqtisadi çətinliklər ucbatından xalq böyrəyini bu qiymətə deyil, 150-200 milyon tümənə satır.

O, yoxsulluq səbəbindən ölkədə böyrəyini satışa çıxaranların da çoxaldığını deməklə yanaşı, xəstələrin əksəriyyətinin böyrək almaq imkanı olmamasını və bu məsələdə dövlətin onlara yardım etməsinin zəruri olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button