İran

Milli fəal Behnam Şeyxi Samanli müvəqqəti azadlığa buraxılıb

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Behnam Şeyxi Samanlı marsın 17-də 19 gün müddətinə mürəxəsiyə göndərilib. Bildirək ki, Behnam Şeyxi indi Ərdəbil zindanında 6 aylıq həbs cəzasını çəkən milli fəal Mehrdad Şeyxinin böyük qardaşıdır. Qeyd edək ki, Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əliriza Fərşi 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatılmaları bəhanəsilə tutuqlanıblar. Fəallar “milli əmniyətə qarşı qrup və təşkilatlara üzv olmaq” ittihamı ilə təqsirləndiriliblər. Tehranın Təcdidenəzər Məhkəməsinin 54 saylı şöbəsi fəalların hər birini iki il həbs cəzasına məhkum edib. Hazırda Əliriza Fərşi Böyük Tehran, Tohid Əmirəmini isə Evin zindanında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button