Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

İranın Ermənistandakı səfiri yenidən Zəngəzuru qırmızı xətt adlandırdı

İranın Ermənistandakı səfiri Mehdi Sübhani “Euromedia 24” telekanalına müsahibəsində yenidən Zəngəzuru qırmızı xətt adlandırıb.

Sübhani Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə İranın “qəti mövqeyini” xatırladıb.

O, bildirib ki, İran üçün “Sünik bölgəsində” (Zəngəzur) sərhədlərin dəyişdirilməsi və yolun xarici – xüsusilə Amerika şirkətlərinə icarəyə verilməsi “qırmızı xətt”dir və bu məsələ İranı ciddi şəkildə narahat edir.

Molla rejimin səfiri qeyd edib ki, Ermənistan hökuməti bu mövzuda Amerika şirkətinə yolun verilməsi təklifini rədd edib. İran bu mövqeyi tam dəstəklədiyini vurğulayıb.

Səfirin sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian 2025-ci ilin yayında Ermənistan baş naziri Nikol Paşinyanın dəvəti ilə rəsmi səfər həyata keçirəcək.

Related Articles

Bir cavab yazın

Back to top button