Dünya

MAZANDARANDA YENİ MƏRİZLİK MÜŞAHİDƏ OLUNUB

Mazandaranın qərbində Krime-Konqo Təbi (qızdırması) mərizliyi müşahidə olunub.
Mazandaranın Dampizişki (baytarlqı) Şəbəkəsinin baş müdiri Hüseyn Rizvani xurdad ayının 18-i tarixində Noşəhr, Çalus və Klardəştdə Krimə-Konqo Təbinin olduğunu bildirib.
Onun sözlərinə görə insan və damda görünən bu mərziliyin həmin bölgələrdə yayılmasının qarşısını almaq üçün məsul idarələr önləyici tədbirlər almalıdır. Səmmin səpilməsi kimi işlər həyata keçirilməlidir.
Damdarlara “3 min litr səmm və ziddi-üfuni maddələr paylanılıb. Bu mərizlik, gənələrin inkişaf etdiyi isti aylarda daha çox yayılır”
Bu virus Hialoma gənəsinin sancması ilə bir canlıdan, digərinə keçir. Bildirək ki, Mazandaran Ustanında 750 min baş iri və 2 milyon 160 min baş kiçik buynuzlu dam var. Heyvanların sayına görə ölkə üzrə üzrə doqquzuncu yerdədir. Ötən il 14 ustanda 104 nəfər Krimə-Konqo Təbinə tutulub və 10 –u ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button