İran

Qarabağa dəstək kampaniyaları genişlənir

Güney Azərbaycanlıların Qarabağdan himayətləri genişlənir. Dünəndən başlayaraq Təbriz, Ərdəbil, Zəngan, Urmu və başqa şəhərlərdə divarlara şüarlar yazılıb. Ərdəbil şəhərində 20-yə yaxın milli fəal tutuqlanıb. Sosial şəbəkələrdə “Biz Azərbaycanı himayət deyil, özümüz Azərbaycanıq!” həştək kəmpeyni başladılıb. Bir sıra güney azərbaycanlılar şəxsi hesablarında bu torpaqlarda hər hansı bir nizami təchizatın Ermənistana göndərilməsinə yol verməyəcəklərini paylaşıblar.
Xatırladaq ki, Ərdəbildə Qarabağdan himayət etmək amacı ilə plakat açan Sobhan Bəxşi tutuqlanıb.
İndiyədək bununla bağlı Ərdəbildə tutuqlananlardan 11 nəfərinin adı açıqlanıb. Onların sırasında Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mehdi Huşmənd, Səccad Colani, Moctəbə Pərvin, Mostafa Pərvin, Məhəmməd Colani, Hamid Heydəri, Bəhmən Xeyrcu, Pərviz Siyabi və Mortəza Pərvinin adları var.

Related Articles

Bir cavab yazın

Back to top button