Dünyaİran

Bayden: İranı atom anlaşmasına qaytarmaq üçün diplomatik çalışmalarımızı davam etdirəcəyik

Amerika prezidenti İranın atom silahı əldə etməsinin qarşısını almağın önəmini vurğulayaraq, atom anlaşmasına qayıtmaq üçün diplomatik çalışmalarını davam etdirəcəyini bildirib.

O, atom tərksilahının Amerikanın öncəliyi adlandıraraq xatırladıb: İranın atom silahı əldə etməsinin qarşısını almaqla bağlı verdiyimiz sözü yerinə yetirəcəyik və İranın atom razılaşmasının şərtlərinə qayıtmasından əmin olmaq üçün 5+1 ölkələri ilə diplomatik çalışmalarımızı davam etdirəcəyik. İran atom razılaşmasının şərtlərinə qayıdarsa, biz də bunu etməyə hazırıq”.

Amerikanın sonsuz savaşlara artıq son qoyduğunu və silahların heç vaxt həll yolu olmayacağını vurğulayan Bayden qeyd edib: “Amerikanın nizami gücü bizim son vasitəmiz olmalı, dünyanın hər bir probleminə cavab olaraq istifadə edilməməlidir”.

O, Amerikanın öz dəyərlərini və stratejisini müdafiə etməyə davam etdiyini bildirib: “Müttəfiqlərimizi və dostlarımızı müdafiə etməyə davam edəcəyik. Güclü ölkələrin zəif ölkələri əzmək və torpaqlarını işğal etmək çalışmalarına qarşı duracağıq”.

“Biz yeni bir Soyuq savaş və ya ayrı-ayrı bloklara bölünmüş bir dünya axtarmırıq. Bir daha deyirəm, bizim hədəfimiz bu deyil”,-deyə Bayden qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button