AzərbaycanDünya

Paşinyan Nyu-Yorkda Ərdoğanla görüş istədi – Gürcüstan vasitəçidir

“Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş məcməinin toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan R.T.Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş vəziri Ermənistan baş vəziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq, bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Bu görüş baş tutarsa, Türkiyə də diplomatik ilgilərə başlayar”.

Ərdoğan bildirib ki, dəhlizin açılmaması siyasi məsələdir: “Tayyib Ərdoğanla görüşmək istəyirsinizsə, burada bəlli addımlar atılmalıdır. Biz danışıqlara qapalı deyilik. Müzakirəyə başlayarkən müsbət bir yanaşma göstərərək addımlar atmalıdırlar. Əgər Gürcüstan Baş vəzirinin dialoq istəyi həqiqətən səmimidirsə, səmimiyyətimi göstərəcəyəm və burada diplomatiyaya başlayacağam. Ümid edirəm ki, burada mənfi deyil, müsbət yanaşma olacaq. İnşallah, Azərbaycanla Ermənistan arasındakı bu problem bu dəhlizlərin açılması ilə aradan qaldırılacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button