
Beynəlmiləl Əfv Təşkilatı, İranda siyasi məhbuslara qarşı qeyri-insani davranışları pisləyib. Təşkilat hesab edir ki, 1396-cı ilin dey ayında ölkədə baş verən etirazlardan sonra minlərlə insan tutuqlanıb. Onlara qarşı davranış qanunlara və insan ədalətinə ziddir.
“Amnesty International” tərəfindən aparılan araşdırmalar göstərir ki, sözügedən etirazlardan sonra minlərlə insan həbs olunub. Zindanlarda işgəncə görüb və ağır cəzalara məhkum ediliblər.
Beynəlmiləl Əfv Təşkilatı yeni raporunda, İran məhkəmə orqanlarının hətta özünün təyid etdiyi qanunlara da hörmət etmədiyini qeyd edib. Polis və əmniyət qüvvələri məhkəmə məqamlarının razılığı ilə məhkumların haqlarını ən kobud şəkildə pozurlar.
Qeyd edək ki, etirazların yatırılması zamanı təqribən 7 min kişi, xanım və uşağın tutuqlandığı deyilir. Hökümət qüvvələri hətta mərizxanaya yerləşdirilən uşaqları və yaralıları həbs edərək zindana aparıblar.
Beynəlmiləl Əfv Təşkilatına gələn bilgilərə görə, məhkumlar törətmədikləri cinayətləri “etiraf etmək” üçün ən ağır basqılara məruz qalırlar. Onlar həmin “etiraflar” əsasında uzunmüddətli həbs və hətta ölüm cəzalarına məhkum olunurlar. Onlar özlərini azad şəkildə difa etmək və vəkil seçmək haqqından məhrumdurlar.





