İran

İrandakı siyasi məhbusların azadlığa buraxılması ilə bağlı çağırış edilib

Beynəlxalq Əfv Təşkilatı tərəfindən silsilə şəkildə paylaşılan tuitlərdə İran məqamlarına müraciət edilib. İrandakı siyasi məhbusların bir an öncə və qeyd-şərtsiz azad edilməsi istənilib. Təşkilat dinc fikirlərinə görə, o cümlədən iş, məhbus hüquqları uğrunda mübarizə apardığı, fərhəngi yaydığı üçün uzun müddət zindanda saxlanılan bir qrup məhbusa işarə edib. Tuitlərdə 2019-cu ilin novambrında icbari baş örtüsünə qarşı çıxan Münire Ərəbşahinin, habelə müəllim haqlarının müdafiəçisi İsmayıl Əbdi və Fatimə Davəndin adları çəkilib. Fatimə Davəndin 2019-cu ilin novambrından bəri zindanda saxlanılmasına, Məryəm Əkbəri Monfəredin 13-cü Bahar bayramını zindanda keçirməsinə diqqət çəkilib. İran Yazıçılar Dərnəyinin üzvləri Riza Xəndan Məhabadi, Bektaş Abtin və Keyvan Bajenin öz yazılarına görə həbs edildiyi, yazıçı və sənədli film yönətməni Mojqan Kavusinin 2019-cu ilin novambrından bəri zindanda saxlanıldığı vurğulanıb. Beynəlxalq Əfv Təşkilatının tuitlərində ərəb azlığı camiəsindən olan ələhvazlı mədəni fəal Məhəmmədəli Əmuridən də bəhs edilib. Onun illərdir yalnız dinc fəaliyyətlərinə görə zindanda saxlanıldığı və dəfələrlə işgəncə gördüyü vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button