Azərbaycan

“Güneyli fəalın girov qarşılığında müvəqqəti sərbəst buraxılmasına imkan verilmir”

Həbs olunmasından 53 gün keçən təbrizli milli-mədəni fəal Cəfər İsmayılzadənin girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmasına icazə verilmir.

Cəfər İsmayılzadə iyunun 16-da 250 milyon tümən dəyərində girov qoyduqdan sonra Təbriz həbsxanasının karantin bölməsinə, daha sonra 3-cü bölməsinə köçürülüb və bu müddət ərzində onun azdlığa buraxılması ilə bağlı qərar verməkdən imtina edilir.

Qeyd edək ki, Təbrizdə yaşayan milli-mədəni fəal Cəfər İsmayılzadə iyunun 7-də İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən öz evinin qarşısında həbs olunub.

Bundan öncə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıblar. 2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat”da ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz həbsə atılmışdılar.(https://t.me/AzadIranTelegram/8845)

Related Articles

Bir cavab yazın

Back to top button