Azərbaycan

Güneyli fəal: “Biz öz varlığını qorumaq uğrunda mübarizə aparan bir millətik” 

Təbriz Universitetlərinin bir qrup öyrəncisi və Azərbaycan Universitetləri Birliyinin üzvləri tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə görüşüblər.

Abbas Lisani öyrəncilərdən birinin sualının cavabında deyib: “Biz dəqiq olaraq ifrat millətçiliyə qarşı mübarizə aparırıq, başqa xalqların milli, təbii və insani haqlarını inkar edən, şovinist təfəkkürə doğru irəliləyən, faşizmə çevrilmiş ifrat millətçiliyə qarşı açıq və obyektiv mübarizə aparırıq”.

O, habelə deyib ki, Güney Azərbaycanın milli hərəkatında olan nisbi millətçilik özünümüdafiə xarakterlidir və bu, insan haqları baxımından da öz kimliyini qorumaq üçün legitim sayılır. Biz yalnız özümüzü və öz kimliyimizi qorumağa çalışırıq: “Farsların ifrat millətçiliyi bütün qeyri-fars millətlərin, xüsusilə də türk millətinin kimliyini yox etmək üçün bütün vasitələrdən istifadə edən oktapod kimidir.

Qeyri-fars millətləri özlərinə nifrət və yadlaşma mərhələsinə gətirən həmin şovinist təfəkkür fars millətini sistemli şəkildə üstün mövqeyə qaldırıb və fars millətinə qarşı ən çox xəyanətə yol verib”.

Lisani fars ziyalıları və fikir adamlarının bu ifrat millətçiliyə çarə yolları axtaracaqlarına ümid etdiyini bildirərək deyib: “100 ildir başqa millətləri millətçilikdə günahlandıraraq onları tərk silah etməyə çalışmaqdansa, öz xalqlarının “İrançılıq” adı ilə özünü büruzə verən ifrat faşizm xəstəliyinə dərman tapmağa çalışması zəruridir”.(https://t.me/AzadIranTelegram/8848)

Related Articles

Bir cavab yazın

Back to top button