Azərbaycanİran

Urmu gölü bölgəsi ekoloji fəlakət zonasına çevrilir

Urmu gölü bölgəsi ekoloji fəlakət zonasına çevrilir. Bu barədə Zəngan Universitetinin tədqiqatçılarının ekoloji problemlə bağlı araşdırmalarında bildirilib.

Məlumata görə, əsən küləklər nəticəsində Urmu gölünün qurumuş yatağından qalxan duz kütlələrinin yayılma miqyası ortalama 20 kilometrə çatır.

Araşdırmaların nəticəsi ilə bağlı hesabatda qeyd edilir ki, bu su hövzəsi Dəclə və Fərat düzənlikləri və Afrika səhrası kimi mənbələrdən bu əraziyə köçürülən toz qatlarından güclü şəkildə təsirlənir.

Zəngan Universitetinin Fizika fakültəsinin əməkdaşı, doktor Məhəmməd Rza Xalisifərd bildirib ki, Urmu gölü su hövzəsi dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşir və bu hövzədə 7 milyona yaxın insan yaşadığı üçün müxtəlif sənaye sahələri formalaşıb.

Bu su hövzəsində ekoloji tarazlığın tənzimlənməməsi və önləyici tədbirlərin görülməməsi təqdirdə qarşıdakı illərdə daha ciddi ekoloji problemlərin yaranması qaçılmazdır.

Qeyd edək ki, son illər Urmu gölünün qurumuş yatağından qalxan duz fırtınaları Şərqi və Qərbi Azərbaycan əyalətlərinin böyük hissəsini təhdid edir.

Ekoloqların dediyinə görə, gölün qurumasının qarşısının alınmaması təqdirdə bölgədə yaşayış mümkün olmayacaq və bu 14 milyon insanın başqa bölgələrə köçünə səbəb olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button