Dünya

Yoluxanların sayı 628 mindən çox artıb ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 628 mindən çox olmaqla 64,6 milyonu keçib.

“TASS”ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 628 592 nəfər yeni koronavirusa yoluxub, 12 161 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 64 603 428, ölənlərin isə 1 500 614 nəfərə çatıb.
Bildirilir ki, son sutkada ən çox yoluxma halları Şimali və Cənubi Amerikada (293 320), Avropada (234 667) və Cənubi-Şərqi Asiyada (50 086) qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Related Articles

Bir cavab yazın

Back to top button