Dünya

İsrail Dəməşqdə İrana bağlı terorçulara zərbələr endirib

İsrail Demeşqdə İrana bağlı terorçuların mövqelərinə raket zərbələri endirib İsrail bu gün səhər saat 01:26 radələrində İrana bağlı yaraqlı teror dəstələrinin Suriyanın paytaxtı Demeşqdə yerləşən mövqelərinə raket zərbələri endirib. Bu haqda bilgi yayan Suriyanın rəsmi xəbər ajansı “SANA” raketlərdən bir neçəsinin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu iddia edib. Məlumatlara əsasən, İsrailin döyüş uçaqları Lubnanın hava alanından istifadə etməklə Beyrut yaxınlığından İrana bağlı yaraqlıların Demeşqin Bərzə və Comraya bölgələrində yerləşdiyi iki payqahını hədəf alıblar. Hələlik itkilərlə bağlı dəqiq bilgi yayılmayıb. Bəzi xəbərlərdə isə Suriyanın atdığı yer-hava növlü raketin İsrailin Aralıq dənizi sahillərində yerə düşərək partladığı iddia olunur. Bildirək ki, İsrail ötən bir neçə ildə dəfələrlə Suriya və İraqda Sepah, “Qüds Qüvvələri” və “Hizbullah”a, həm də İrana bağlı başqa yaraqlı qruplaşmalara raket zərbələri endirib. Nəticədə çoxlu sayda iranlı nizami və yaraqlı ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button