AzərbaycanDünya

“Nazirlərin Vaşinqton danışığı vacib addım olub”-Ağ Evin sözçüsü

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşiqnton görüşünün faydalı olduğunu deyib.

APA “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, xarici işlər nazirlərinin danışığını “vacib müsbət addım” kimi dəyərləndirib.

Vedant Patelin sözlərinə görə görüş zamanı tərəflər bir neçə vacib sualları müzakirə etmək, bir-birinin nəzər nöqtəsini görmək imkanı qazanıblar.

“Biz inanırıq ki, möhkəm irəliləyiş üçün hələ doğru yol var.

Bu problemin sülh yolu ilə həlli var. Ona görə də biz dövlət katibindən başlayaraq bu məsələ ilə bu qədər dərindən məşğul olmağa davam edirik.

Lakin mən danışıqlar qabaqlamaq istəmirəm”, – Patel Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin keçiriləcək görüşünü şərh edərkən deyib.

Related Articles

Bir cavab yazın

Back to top button