İran

Əxlaq polislərinə qarşı müqavimət hakimiyyəti təşvişə salıb

Məcburi hicab qaydalarının sərtləşdirilməsinə baxmayaraq, vətəndaşların əxlaq polislərinin onların şəxsi həyat və geyim tərzlərinə müdaxilələrinə qarşı müqavimətləri hakimiyyəti təşvişə salıb.

Əli Xaməneinin Fars əyalətindəki nümayəndəsi Lütfullah Dejkam məsələ ilə bağlı çıxışında xalqın müqavimət göstərdiyini etiraf edib.

O, bir neçə gün əvvəl Şirazın Narincistan parkında əxlaq polislərinin döyüldüyünü xatırladaraq, İbrahim Rəisinin də məsələdən olduqca narahatlıq keçirdiyini söyləyib:

“Bu hadisənin ürəyimizə necə dağ çəkdiyini ancaq növhə və mərsiyələrlə ifadə etmək olar. Bu hadisə bizim üçün olduqca ağırdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl Şiraz şəhərinin Naricistan parkında gənc xanımların geyim tərzinə irad bildirərək onları təhqir edən əxlaq polislərini xanımlar və parkda olan digər vətəndaşlar döyüblər.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button