İran

İranda silahlı qarşıdurma: 6 etnik bəluç öldürülüb və yaralanıb

İranın Sistan və Bəluçestan vilayətinin Nikşəhr şəhərinin Zirukabad kəndi yaxınlığında silahlı qarşıdurma baş verib. Aprelin 15-i gecə saatlarında baş verən qarşıdurmada 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı və ölənlərdən birinin 16 yaşlı yeniyetmə olduğu bildirilib

İlkin məlumatlara görə, silahlı toqquşmaya səbəb bölgədə yerləşən Sepah qərargahının komandanı Canməhəmməd Canuki, onun üç qardaşı və bir neçə digər silahlı məmurun Zirukabad kəndinə girərək atəş açmaları olub.

Məlumatda Sepah məmurlarının bu hərəkətlərinə etiraz edən kəndlilərlə məmurlar arasında gərginlik yaşandığı və nəticədə hər iki tərəfin odlu silahdan istifadə etdiyi bildirilib. Sepah məmurlarının kəndə hücumunun mahiyyəti barədə hər hansı açıqlama verilməsə də, onların pərakəndə yanacaq satışı ilə məşğul olan kəndliləri həbs etmək üçün kəndə girdikləri ehtimal edilir.

Related Articles

Bir cavab yazın

Back to top button