Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Güneyli sənətçi Almaniyada dünyasını dəyişib

Almaniyada yaşayan təbrizli mədəni fəal və müğənni Nasir Təfəzzülifərd (Nasir Səhənd) dünyasını dəyişib.

Bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, təbrzili müğənni mayın 26-da ürək çatışmazlığından həyatını itirib.

1957-ci ilin may ayında Təbrizdə anadan olan Nasir Səhənd, mədəni fəaliyyətləri səbəbindən ölkəni tərk edib və Almaniyada mühacir həyatı yaşayırdı.

O, sonuncu dəfə cari ayın əvvəlində yenidən Baıya gəlmiş, mayın 5-də Rəşid Behbudov adına Dövlət Mahnsı Teatrında keçirilən mədəni tədbirdə səjnəyə çıxmışdı.

Azərbaycan Respublikasında ailə quran Nasirin bir qız övladı var.

Related Articles

Bir cavab yazın

Back to top button