Ədəbiyyat

RƏSUL RZA SÖZÜNÜN AHƏNGİ

Göyçayın qoynundan bir çay adlayır.

Səpir suları
Rəsul Rza sözünün
nəğməsini,
ahəngini ,
rəngini çöllərə..
Göyçay çinarları
göy üzün öpər,
budaqları gülümsəyər
suların nəğməsinə.
Nar ağacını
qoynunda
Gülöşə narın
dodağı qaçır
bu nəğmələrdən.
Susmuş torpağı,
Səssiz lal gecələri
gətirər dilə..
basır bağrına..
Bir ovuc Göyçay
torpağı bu nəğməni
qoruyur öz yaddaşında..
Bir ovuc nəğmə ətri var
Göyçay torpağında ,daşında.
Rəsul Rza
söz dünyasının
rəngləri bərq vurur
qızıl piyalədə..
Misralarını ahəngi
Göyçay çinarları
sözdən boylanar
dan ulduzunun
ilk şəfəqi kimi ..
Sözdən boylanır
ucalığı..
Bu bir alın yazısı..
Göyçayın qoynundan
adlayıb keçən
çayın nəğməsi
Rəsul Rza sözü
məhəbbət qoxulu
ana laylası..
Düşüncəsin..
duyğusun..
çinarların ucalığın
ömürünə səpib.
Ay işığının pıçıltısında
Göyçay çayının suları
Rəsul Rza duyğuların
arzular qanadında
ölümsüzlük kimi
misra-misra
könüllərdən- könüllərə
səpir,
səslərdə gülür
nəğmələr,
həm sevilir,
həm şadlanır..
Ürəklərdən asılıb
Rəsul Rza sözünün ətri bələnib fərəhə,sevincə…
Külək vurur
dalğalandırır
dahinin söz
ahəngini.
İlahidən gələn
sevinc payı..
ömrə
İşıq saça- saça
Canından can bəxş
etdiyi sözdən,
Vətən adlı qala hördü.. Misralar açdı çiçək
Üstünə təbəssüm
düşdü..
Rəsul Rza əsil xalqın şairi,
sözünün ahəngində
dalğalanır üçrəngli
bayraq ..
Sancdı o bayrağı
sözdən hördüyü
Vətən qalasına. . Əsil Vətəndaş oldu ..
Rəsul Rza sözü səslədi
həzin-həzin xalqını
nurlu sabaha..
Düşüncə içində
duyğu içində
adımbaadım
zamanı önlədi..
Üzü əbədiyyətə sarı yol gedir indi Rəsul Rza sözü..
MÜƏLLİF GÜLMAYA FEYRUZQIZI

Bir cavab yazın

Back to top button