İran

Behnam Əsədullahının filmi Kanadada nümayiş olunacaq

Güney Azərbaycanın ərdəbilli hünərməndi Behnam Əsədullahinin yazdığı və yönətmənlik etdiyi film beynəlmiləl festivalda nümayiş olunacaq. Belə ki, “Qarğanın Ağır Kölgəsi” qısametrajlı filmi Kanadanın Kvebek Əyalətində keçiriləcək Gələcəyin Filmi Festivalda təqdim olunacaq.

Kvebekin “Yeddinci Gələcəyin Filmi” Festivalı 1400-cü il 13-15 fərvərdin tarixlərində Edvrad Prəns Adasında keçiriləcək. Festivalda qısametrajlı filmlər, sənədli, ənimeyşen və sinema filmləri şirkət edəcək.

Ərdəbil Əyaləti Gənc Sinemaçılar Əncüməninin hazırladığı və Əlirza İsmayılının tolid etdiyi “Qarğanın Ağır Kölgəsi” qısametrajlı filmində savaş və barışdan bəhs edilir. Film indiyədək Tehranın “Qısa Film”, Portağalın “Avanka”, Bakının “Start”, Amerikanın “66-cı Məsir” Qısa Film Festivalında, habelə Camaika və Hindistanda keçirilən yarışmalarda nümayiş olunub.

Related Articles

Bir cavab yazın

Back to top button