
İranda son 24 saatda daha 81 nəfər koronavirusun qurbanı olub. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 60 867 nəfərə yüksəlib. Vəzirlik rəsmisi bildirib ki, İranda ötən 24 saatda 8 554 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda koronavirusa yoluxanların sayı 1 706 559 nəfərə çatıb. Təhlükəli virus daşıyıcılarından 3 811 nəfərin durumu ağır olaraq qiymətləndirilir.