İran

Milli fəalın məzuniyyət müddəti uzadılıb

Milli fəal Məhəmməd Əbdülməhəmmədzadənin mürəxəsi müddəti uzadılıb.
Bu barədə milli fəala Təbriz zindanına qayıtdığı zaman zindan məsulları xəbər verib. Məlumata görə, mürəxəsi müddəti koronavirus yayqınlığı səbəbindən uzadılıb. Xatırladaq ki, Əbdülməhəmmədzadə A:ban etirazları zamanı bir çox Azərbaycanlı mədəni fəallarla birlikdə heç bir səbəb və məhkəmə qərarı olmadan tutuqlanıb. O, 70 gün Təbriz İttilaatında soruşdurmadan sonra Təbriz Mərkəzi zindanına köçürülüb. Fəal “rəhbərə tohin” və ” sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə 12 və 15 ay həbs cəzasına məhkum edilib. Bu hökm Şərqi Azərbaycanın təcdid nəzər dadqahının 26-cı şöbəsində eyni ilə təiid olunub.

Related Articles

Bir cavab yazın

Back to top button