İran

Təbri̇zdə bahalaşmaya eti̇raz etmək məqsədi̇lə mi̇ti̇nq keçi̇ri̇li̇b

Bu gün Təbrizdə toyuq və toyuq məhsularının satışı ilə məşğul olan şəxslər etiraz mitinqi keçiriblər. Onlar sözügedən məhsulun qiymət artımı ilə bağlı şikayətlərini dilə gətiriblər. Etirazçılar üzərində “bayram axşamı boş süfrələr”,”məsullar toyuq haradadır?” yazılı plakatlar qaldırıblar. İran mətbuatının məlumatına görə, son bir həftədə toyuq və toyuq məhsullarının qiymətində ortalama yüzdə 60 artım olub. Bahalaşma və qıtlıq əsasən Şərqin Azərbaycan əyalətində qeydə alınıb. Qısa müddətdə toyuq məhsullarının qiymətinin “Qiymətlərin Tənzimlənməsi Təşkilatı”nın elan etdiyi 22 min 400 tüməndən 33 min tümənə qalxması əhalinin narazılığına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button