İran

MARAĞADA DOĞUM NİSBƏTİ YÜZDƏ 17 AZALDI

Marağa Səbt Əhval idarəsinin rəisi, keçən il bu şəhərdə doğuş sayının yüzdə 17, evlənmə sayının yüzdə 17 azaldığını açıqladı.

Marağa Səbt Əhval idarəsinin rəisi, keçən il bu şəhərdə doğuş sayının yüzdə 17, evlənmə sayının yüzdə 17 azaldığını açıqladı.

Əliriza Şəms Daneş, Çərşənbə günü İRNA-ya verdiyi müsahibədə Marağa Səbt Əhval idarəsinin bir illik fəaliyyətini izah edib. “Son bir il ərzində şəhərdə 3.600 doğum qeydə alınıb ki, 1397-ci ilə nisbətən təxminən yüzdə 8 azalma göstərir, keçən il bu sayı 4.266 idi”, – deyə bildirib.

O, “keçən il ən yüksək doğum nisbəti Ordibeheşt ayında 321, Tir və Aban aylarında 319, Xurdad və Şəhrivər aylarında isə 316 və 315 doğum qeyd edildi. Ayrıca bu dövrdə şəhərdə 1.529 ölüm hadisəsi qeydə alındı. Bu, əvvəlki ildə 1.475 idi, ki 3,4% artdı”, – deyə əlavə edib.

Şəms Daneş 1398-ci ildə bu şəhərdə evliliyin azalması və boşanmaların artmasına toxunaraq deyib ki, bu dövrdə 2.773 evlilik qeydə alınmışdır ki, bu da əvvəlki ilin eyni dövrünə qıyasda yüzdə 8 azalır, keçən il bu sayı 7,234 idi.

“Bu şəhərdə ən çox evlənmə 257 sayı ilə azər ayında və 220 sayı ilə Murdad və dey aylarında qeydə alınmışdır. Ayrıca, son bir ildə bu şəhərdə 827 boşanma qeydə alınmışdır ki, bu da 1397-ci ilin eyni dövrü ilə müqayisədə təxminən yuzdə 18 artımdır. Bu rəqəm 1397-ci ildə 794 idi”, – deyən marağa Səbt Əhval idarəsinin rəisi əlavə edib ki, keçən il 10 min 391 cild mexanizə kimlik vəsiqəsi verilmişdir ki keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 18 – yəni 1597 ədəd artmışdır. Ən çox mekanizə kimlik Murdad Şəhrivər, Tir və Bəhmən aylarında sırayla 1.377, 961, 943 və 923 ədəd olaraq verilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button