Azərbaycan

İran rejimindən Güney Azərbaycanın “Traxtur” komandasına qarşı daha bir ədalətsiz qərar

Azərbaycana qarşı irqçi yanaşması və düşmənçiliyi ilə tanınan İranın Futbol Federasiyasının nizam-intizam komitəsi “Traxtur” klubuna qarşı daha bir ədalətsiz qərar verib.

İranın Futbol Federasiyası “Traxtur” klubunun “Persepolis”lə yarımçıq qalan oyuna görə 3-0 məğlub elan edib. Rejim bununla həmçinin Azərbaycan klubunu cərimələyərək, Traxturu yarışdan uzaqlaşdırıb.

Bununla yanaşı gələn mövsüm iki komandanın yarışının tamaşaçısız keçirilməsi barədə qərar verilib.

Məsələyə münasibət bildirən “Traxtur” klubunun rəhbərliyi çıxarılan qərarı ədalətsizliyin bariz nümunəsi adlandırıb və bununla razılaşmayacaqlarını, Apellyasiya Komissiyasına şikayət edəcəklərini bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button