Bölgə

İsrail ordusu İrandakı hədəflərə mümkün hücumla bağlı bir neçə ssenari təqdim edib

"Aznews tv"ın xəbərinə görə, sözügedən məlumatda İsrail ordusunun son aylarda İrana mümkün hücuma hazırlıq çərçivəsində daha qabaqcıl silahlar əldə etdiyini, Hərbi Hava Qüvvələrinin təlimlər keçirdiyini və hərbi məlumatlar bazasına yeni hədəflərin detallarını əlavə etdiyini bildirib.

İsrail mediasının yazdığına görə, bu ölkənin ordusu İranda yerləşən hədəflərə mümkün hücumları həyata keçirmək üçün ölkə rəhbərliyinə bir neçə ssenari təqdim edib.

İsraildə nəşr olunan “Haaretz” qəzetinin dekabrın 28-də yazdığına görə, İsrail ordusu eyni zamanda vurğulayıb ki, bu cür hücumların nəticəsini müəyyən etmək və ya onların Tehranın nüvə proqramına necə təsir etdiyini qiymətləndirmək çətindir.

“Aznews tv”ın xəbərinə görə, sözügedən məlumatda İsrail ordusunun son aylarda İrana mümkün hücuma hazırlıq çərçivəsində daha qabaqcıl silahlar əldə etdiyini, Hərbi Hava Qüvvələrinin təlimlər keçirdiyini və hərbi məlumatlar bazasına yeni hədəflərin detallarını əlavə etdiyini bildirib.

“Haaretz” habelə qeyd edib ki, bu məqsədlə İsrail ordusuna əlavə 2.9 milyard dollar büdcə ayrılıb.

Related Articles

Bir cavab yazın

Back to top button