İran

İranın dövlət və özəl təşkilatlarının saytlarına kiber hücum olunub

İranın İnformasiyaların İstehsalı və Mübadiləsinin Təhlükəsizliyinin İdarə Edilməsi Mərkəzinin rəis müavini ölkə infrastrukturuna geniş kiber hücumların edilməsi barədə məlumat verib

O deyib: “Kiber hücum edənlər bu əməlləri ilə ölkənin yüzdən çox özəl və dövlət struktrundakı veb-saytlara təsir göstərsələr də, mərkəzin əsas məlumatını əldə edə bilməyiblər və ilkin mərhələdə hücumun qarşısı alınıb”.

“Afta” İdarəetmə və Strategiya Mərkəzinin inkişaf və qiymətləndirmə şöbəsinin rəis müavini Meysəm Məqsudi Qudərzi məsələ ilə bağlı bildirib: “Bu hücum İranın dövlət təşkilatlarının ən çox istifadə olunan proqram təminatından birindəki əmniyət boşluğu vasitəsilə həyata keçirilib”.

Onun iddiasına görə, kiber hücum zamanı ölkənin infrastrukturuna hər hansı ziyan dəyməyib və yalnız saytların məlumatları əldə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button