Azərbaycan

Laçında mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi atəşə tutub.

Sentyabrın 9-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb

Related Articles

Bir cavab yazın

Back to top button