İran

İran rəsmiləri atmosferin çirklənməsi ilə bağlı həqiqətləri təkzib edir

İranın yaşam çevrəsi Mühafizəsi Sazimanının rəisi İsa Kələntəri 5 min meqavat elektrikin mazot yandırılaraq şəbəkəyə qazandırıldığını açıqlayıb. Onun sözlərinə görə, ekoloji çirklənmənin qarşısının alınması üçün elektrik istifadəni və hava durumu arasında seçim edilməlidir. Ölkənin Nəft vəziri Bijən Zəngənə isə bildirib ki, vətəndaşlar arasında qaz qullanımı yüzdə 15 çoxalıb. Bununla da bəzi elektrik istgahları yanacaq əvəzinə qazdan deyil, mazotdan istifadəyə daha çox üstünlük verir. Bundan başqa, davamlı olaraq elektrik enerjisinin kəsilməsi də əhalinin narahatlığına səbəb olub. Sözügedən məsələ ilə bağlı İran və Çin Ticarət Otağının rəisi Məcid Riza Həriri açıqlama verib. Qurum rəsmisi bildirib ki, Çindən əlavə Ləhistan və Hindistan şirkətləri də İranda bitkoin tolidi üçün gərəkən iznləri alıb. Beləliklə bu üç ölkə İranda bitkoin fəaliyyəti ilə sərbəst məşğul ola biləcək. Məcid Riza Həririnin sözlərinə görə, qanuni olaraq bitkoin istixracında ölkə elektrikinin yüzdə 1.5-i qullanılsa da, bunun elektrik kəsintiləri ilə heç bir ilgisi yoxdur.
Qeyd edək ki, yaxın bir neçə həftədə İranda davamlı olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb. Habelə elektrik santrallarında mazotdan istifadə atmosferin sürətlə çirklənməsinə səbəb olub. Uzmanlar xarici şirkətlərin bitkoin istixracını elektrik qullanımındakı artımla ilgiləndirir. Onlar bu məsələnin elektrik kəsintisinə səbəb olduğunu açıqlasalar da, İran məsulları tərəfindən bu fikirlər təkzib edilir.

Related Articles

Bir cavab yazın

Back to top button