Dünya

Rusiyada İşid üzvləri saxlanılıb

Rusiyanın Stavropol diyarında Daiş terror təşkilatının 5 üzvü tutuqlanıb. Məsələ ilə bağlı yerli mətbuat orqanları məlumat yayıb. Həmin şəxslər arasında yetkinlik yaşına çatmayanların da olduğu açıqlanıb.
“Ötən həftə Stavropol diyarında terror qrupunun tapılması üzrə yubanmaz-axtarış tədbirləri keçirilib. Nəticədə Daiş terror təşkilatına sədaqət andı içmiş 5 gənc saxlanılıb”, – deyə məlumatda bildirilib.
Hazırda qrup üzvlərinin terror cinayətlərində iştirakı araşdırılır. Məlumata görə, onların terrorçularla mümkün ilgiləri bəlli edilir.

Related Articles

Bir cavab yazın

Back to top button