Azərbaycanİran

Urmu Gölündən litium çıxarılır

İran rəsmiləri Gölün qurumuş yataq duzunun litium istehsalı üçün daşındığını dansalar da faktlar bunu sübut edir.

Sızmış məlumata əsasən İran hakimiyyəti Gölün yataq duzunu Çinin bir cəmiyyətinə satıb.

Çinin ABŞ-la müxtəlif batareyaların istehsalında istifadə olunan litium qaynaqları üzrə rəqabətini nəzərə alaraq bu məsələ doğru görünür.

Həmçinin İranın dünya gedişinə zidd hərəkətləri səbəbindən sanksiyalara məruz qaldığı üçün iqtisadiyyatnın ağır vəziyyətə düşdüyünü nəzərə alaraq maliyyə təmini məqsədi ilə Gölün duzunun Çinə satılması real görünür.

lake-urmia-1-UST.jpeg?itok=kmKmkgqO

Həmin faktlar İran hakimiyyətinin Urmu Gölünü qəsdən qurutduğuna iddiaların doğru olduğuna dəlalət edir.

Göldən gümüşüyə oxşar rəngdə duzunun müasir və ağır texnikalarla yüklənib daşındığı barədə xeyli videolar və şəkillər paylaşılıb.

Qərbi Azərbaycanın Ətraf Mühtin Qorunması Təşkilatının baş direktoru Səid Şəhənd duzun ancaq məişətdə istifadə üçün götürüldüyünü təsdiqləyib.

“Sənaye, Yeraltı Sərvətlər və Ticarət Nazirliyinin və Ətraf Mühtin Qorunması Təşkilatının nəzarəti ilə Urmu Gölünün Əngə, Ağ Günbəz və Ağ Ziyarət Qarabağ bölgələrindən duz toplanıb daşınır.”

Məlumat üçün bildirək ki, Litium ağ çalarlı gümüşü rəngdə nadir və baha metaldır. Bu element təbiətdə yataq kimi yoxdur və sair kimyəvi tərkiblərdə, o cümlədən Urmu Gölü kimi duzlu göllərin duzunda mövcud olur.

Qeyri hökumət mütəxəssilərin fikrincə Göldə litiumun olması onun qurudulması və bərpa edilmədiyində birbaşa rolu olub.

İranın rəsmi dövlət agentliyi IRNA 2022-ci ilin sentyabrında “litium çıxarmaq üçün Urmu Gölünü qurutmağa dəyərmi?” başlığı ilə məqalə dərc etmişdir.

Məqlədə “litimun çıxarılmasının ölkəyə nəhəng maliyyə qaynağı olacağı” bildirilib.

Mütəxəsssilərin fikrincə hələ də Urmu Gölünü dalğalanan su il bol olan əvvəlki halına qaytarmaq mümkündür.

Related Articles

Bir cavab yazın

Back to top button