İran

İranda təyyarə biletlərinin qiyməti iki dəfə artacaq

İran Aviasiya Təşkilatı ölkədə təyyarə biletlərinin qiymətinin iki dəfə artacağı barədə açıqlama verib.

Aviasiya Təşkilatının başçısı Məhəmməd Məhəmmədi mediaya verdiyi açıqlamada son 22 ay ərzində ciddi qiymət artımının olmadığını və bunun aviasiya şirkətlərinin fəaliyyətinə mənfi təsir göstərdiyini söyləyib.

O, Aviaşirkətlər Assosiasiyasının Nəqliyyatın Ali Şurasına 100% artım barədə yeni müraciət təqdim etdiyini və dəyərləndirilməsi üçün bazarın tənzimlənməsi qərargahına verilməsi barədə qərar qəbul edildiyini deyib.

Qeyd edək ki, İranın sərnişin hava donanmasının 400-ə yaxın təyyarəsi olduğu halda, hazırda onların təxminən 115-i fəaliyyət göstərir.

Related Articles

Bir cavab yazın

Back to top button