Dünyaİran

Amerika İrana qarşı sanksiya siyahısını genişləndirib

Amerikanın Xəzanədarlıq Vəzirliyi janviənin 15-də bir sıra şirkətləri təhrim etdiyini açıqlayıb. Belə ki, İranın gəmiçilik alanına qarşı təhrimləri pozduğuna görə Çin, Honq Konq, İmarat, İranının yeni şəxs və şirkətləri qara listə artırılıb. Amerikanın Xarici İşlər vəziri Mayk Pompeo yeddi şirkət və iki şəxsin təhrim edildiyini bildirib. Təhrim olunanlar arasında İran Gəmiçilik Şirkətinin müdiri Məhəmmədrza Xiyabani Modərres və “Mobarekə” polad şirkətinin rəisi Həmidrza Əzimian da var. Bildirək ki, hər iki şirkət öncələr də Amerikanın təhrimləri ilə üzləşiblər. Sözügedən listədə iki Çin və dörd Honq Konq vətəndaşı da yer alıb. İran Transfo, Zangan Distribution Motor Transformers, Çinin “Jiangyang Special Steel Company” və İranla ilgili bir İmarat şirkəti də təhrim edilib.

 

Related Articles

Bir cavab yazın

Back to top button