Azərbaycan

Mollanı döyən qəzvinli gənc həbs olundu

O, mollanın onun şəxsi həyatına qarışmasına etiraz etdiyi üçün aralarında toqquşma olmuşdu.

Güney Azərbaycanın Qəzvin şəhərinin prokuroru Məhəmməd Qasimi mediaya verdiyi açıqlamada mollanı döydüyü iddia edilən qəzvinli gəncin həbs edilərək zindana göndərildiyini deyib.

Qasimi saxlanılan şəxsin kimliyi barədə dəqiq açıqlama vermədən onun barəsində cinayət işinin açıldığını, müttəhimin zindanda saxlanıldığı vaxt barəsində araşdırmalar aparılacağını söyləyib.

Prokurorun irəli sürdüyü iddialara görə, qəzvinli gənc “İslami sistemin təməllərini aşağılamaqda”, “ictimai asayişi pozmaqda”, “ictimai yerdə qaydalara riayət etməməkdə” və “qadınlara qarşı kobud davranmaqda” günahlandırılır.

Məhəmməd Qasiminin gənc barəsində irəli sürdüyü ittihamlar, özəlliklə “islam sisteminin təməllərini aşağılamaq” ittihamına görə İranda olduqca ağır cəza tətbiq edilir və bir sıra hallarda müttəhim “yer üzündə fəsad yaymaq və tanrıya qarşı çıxmaq”da günahlandırılaraq edam olunur.

Qeyd edək ki, iki gün öncə şəxsi avtomobilində oturub musiqi dinləyən qəzvinli gənc həyat yoldaşı ilə birgə yoldan ötən mollanın özünə qarşı aşağılayıcı sözlərinə etiraz edib.

Hadisəni görənlərin dediyinə görə, musiqi dinləməyin günah olduğunu deyən molla gənci avtomobildən çıcxararaq hədələyib.

Mollanın hərəkət və söyüşlərindən əsəbiləşən gənc onu itələyərək özündən uzaqlaşdırmaq istədikdə molla yıxılıb və əmmaməsi yerə düşüb.

Ancaq Qəzvin prokuroru və molla həmin gəncin avtomobili ilə birtərəfli yola daxil olub və digər maşınların hərəkətinə əngəl törətdiyini. bu zaman sözügedən mollanın maşından düşərək gəncə bu hərəkətini irad tutduğunu iddia edirlər.

Qeyd edək ki, özəlliklə son dövrlər İranın bütün bölgələrində molaların hər zaman olduğu kimi insanların şəxsi yaşayışlarına qarışmaları onlara qarşı ümumi etirazlar və onların ictimai yerlərdən qovulması, döyülmləri ilə nəticələnir.

Görünür qəzvinli gəncə qarşı ağır ittihamların irəli sürülməsi başqalarında qorxu yaradaraq mollalara qarşı münasibətləri yumuşaltmaq məqsədi daşıyır.

Related Articles

Bir cavab yazın

Back to top button