Azərbaycanİran

Azərbaycanlı tələbə hərəkatı fəalı məhkəməyə çağırılıb

Həmədan şəhərindən olan tələbə hərəkatı fəalı Şəhab Bayat həbs cəzasının icrası üçün Həmədan Ümumi və İnqilab Məhkəməsinin hökmlərin icrası bölməsinə çağırılıb.

Bildirilib ki, yanvarın 28-də məhkəmədən fəalın ailəsinə zəng edilib və onun 6 aylıq həbs cəzasını çəkmək üçün yanvar 29-da Həmədan Ümumi və İnqilab Prokurorluğuna getməsi istənilib.

Tələbə hərəkatı fəalı 2023-cü ilin oktyabrında Həmədan İnqilab Məhkəməsində “hökumətə qarşı təbliğat”da günahlandırılıb.
Bayat daha əvvəl, 2022-ci il dekabrın 14-də Həmədan İnqilab Məhkəməsində 3 aylıq həbs cəzası alıb. Birinci məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən Bayatın cəzasının 2 il 9 ay müddəti Apellyasiya Məhkəməsi tərəfindən şərti edilib.

Qeyd edək ki, Şəhab Bayat 2022-ci il oktyabrın 31-də keçirilən ümumi etirazlar zamanı həbs edilmiş, bir müddət sonra 300 milyon tümən girov qarşılığında müvəqqəti sərbəst buraxılmışdı.

#GuneyAzerbaycan #millifeal

Related Articles

Bir cavab yazın

Back to top button