İran

İbrahim Rəisi seçkilərdə özü ilə yarışacaq

İranda martın 1-də keçiriləcək Ekspertlər Şurasına seçkilərdə ölkə prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb.

Həmin əyalətdən daha 4 nəfər namizədliyini irəli sürmüşdü, lakin Nəzarət Şurası onların namizədliyini təsdiq etməyib. Beləliklə, Rəisi həmin dairədən yeganə namizəd qalıb və seçilməsi bəri başdan təmin olunub.

Bu məsələ İran cəmiyyətində müxtəlif tənqidi reaksiyalar doğurub. Məsələn tanınmış jurnalist Məhəmməd Mühaciri bununla bağlı yazıb:

“Ekspertlər Şurasına seçkilərdə İbrahim Rəisinin Cənubi Xorasan əyalətində özünə rəqib olması Həsən Ruhaninin namizədliyinin təsdiq ediməməsindən də böyük biabırçılıqdır. Gəlin, İbrahim Rəisinin özü ilə yarışda ikinci olmaması üçün dua edək”.

#İran #İbrahimReisi

Related Articles

Bir cavab yazın

Back to top button