İran

BMT-yə 1367-ci il qırığını ilə ilgili məktub ünvanlanıb

Nobel ödülü qazananlardan 25 nəfəri BMT-nin baş dəbirinə məktub ünvanlayıb və İbrahim Rəisinin 67-cı il qırğınının başlıca amillərindən biri olduğu və həmin ildə həyata keçmiş edamlar barədə araşdırma komisionun qurulması istənilib.

Onlar 67-ci ildə siyasi məhbuslara törədilmiş qırğının 32-ci ildönümü münasibəti ilə, baş dəbirə bir mətkub ünvanlayaraq Rəisinin həmin qırğının törədənlərindən başlıca biri olduğunu vurğulayıb və “bu cinayət barədə araşdırma üçün uluslararası bir komisionun” yaradılmasını tələb ediblər.

Həmin Nobel ödülünü qazananlar Antonio Qutereşə məktubda bildiriblər ki, BMT uluslararası araşdırma komisionu yaratmaqla 67-ci ilin Yayında siyasi məhbusların toplu edam olunmaları barədə “bu böyük qırğın cinayətini araşdırmağa işlər görməlidir”.

Məktubda deyilir: “biz Nobel ödülünü qazanan və bu məktubu imzalayanlar 67-ci ildə siyasi məhbuslara törədilmiş qırğının 32-ci ildönümü münasibəti ilə edam olanların qohumları, dostları və İran xalqı ilə öz birliyimiz yeniləyib, dərdlərinə şərik olaraq, BMT tərəfindən bu böyük qırğın cinayəti barədə uluslararası araşdırma komisionu yaradılmasının zərurətini vurğulayırıq.”.

Məktubda Xomeyninin 67-ci il fətvası ilə Həbsxanalara, Ölüm Heyəti kimi tanınan bir heyət göndərilməklə 30 min siyasi məhbus, bir neçə həftə ərzində 2-3 dəqiqəlik məkhəkəmədən sonra edam olunublar.

Məktubu imzalayanlar sırasında 2012-ci il fizik üzrə Nobel ödülünü qazanmış Deyvid Vinləndin, 2013-cü ildə fizioloji və tibb üzrə Nobel ödülünü qazanan Rendi Şakmanın, habelə Ramus Hurta, Beri Beriş və sairlərinin adı görünür.

Related Articles

Bir cavab yazın

Back to top button