Bölgə

Mossad Bəhreyndə rəsmi fəaliyyətə başlayıb

Münhen Əmniyət Konfransında iştirak edən Bəhreyn xarici işlər nazirinin müavini Şeyx Abdullah bin Əhməd Al Xəlifə İsrailin kəşfiyyat ajansı - Mossad-ın Bəhreyndə fəaliyyətə başladığını rəsmən açıqlayıb.

Münhen Əmniyət Konfransında iştirak edən Bəhreyn xarici işlər nazirinin müavini Şeyx Abdullah bin Əhməd Al Xəlifə İsrailin kəşfiyyat ajansı – Mossad-ın Bəhreyndə fəaliyyətə başladığını rəsmən açıqlayıb.

“Aznews tv” xəbər verir ki, bu barədə “İsrail radiosu” məlumat yayıb.

Bəhreyn xarici işlər nazirinin müavini bu sözləri İsrailin müdafiə naziri Beni Qants ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

İsrail kəşfiyyatının Bəhreyndə fəaliyyətə başlaması Bəhreyn və İsrail arasında rəsmi olaraq “İbrahim” müqaviləsi kimi tanınan normallaşma anlaşması çərçivəsində reallaşıb.

Ərəb ölkələrinin “İbrahim” sazişi çərçivəsində İsraillə yaxınlaşmasından sonra İran rejimi dəfələrlə buna qarşı olduğunu bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button