Dünyaİran

AB İranın aktivlərini bloklamağa və rəsmilərinin səyahətinə qadağa qoymağa hazırlaşır

Fransanın xarici işlər naziri Ketrin Kolonna İranda etirazların zorakılıqla yatırılmasına münasibət bildirərək deyib ki, Avropa İttifaqı repressiyalarda iştirak edən İran rəsmilərinin aktivlərini dondurmağa və onların səyahətlərini qadağan etməyə çalışır. Eyni zamanda, İran İnqilabının Keşikçiləri Korpusu (SEPAH) növbəti dəfə İraqdakı kürd partiyalarının mövqelərinə hücum edib.

Onun sözlərinə görə, ölkəsi Avropa İttifaqına “İslam Respublikasının yüksək vəzifəli rəsmilərini hədəfə alması və onları öz hərəkətlərinə görə cavabdeh etməsi” üçün təzyiq göstərir.

“Tehran hakimiyyəti bir tərəfdən [etirazçıları] sıxışdırır, digər tərəfdən isə bir çox İran rəsmiləri öz övladlarını Qərbə yaşamağa göndərirlər”,-deyə Kolona əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button