İran

İrana sığınan axtarışda olan azərbaycanlıların etirazçılar tərəfindən cəzalandırılacağı ehtimalı artıb

Onlar SEPAH-a bağlı media qurumlarındakı çıxışları ilə narazıların nifrət obyektinə çevriliblər.

İrana sığınan və bu ölkənin kəşfiyyatı, SEPAH və Qumda yerləşən ideoloji mərkəzlər tərəfindən dəstəklənən axtarışda olan azərbaycanlıların da tərkibində fəaliyyət göstərdiyi “Hüseyniyyun” (İslami Müqavimət Hərəkatı) son günlər İranda baş verən etirazlardan qorxuya düşüblər.

Narahatlıqlarını gizlətməyə və tərəfdarlarını sakitləşdirməyə çalışan qurum müxtəlif bəyanatlar yayaraq İran hökumətininin yıxılmayacağı, etirazların nəticə verməyəcəyi barədə fikirlər irəli sürürlər.

Milyonlarla narazını təxribatçı, separatçı və xarici ölkələrin əlaltısı adlandıran adı çəkilən qrup üzvləri onlara qarşı daha sərt tədbirlərin görülməsi ilə balı Tehran hökumətinə müraciətlər edirlər.

Xüsusilə Əli Xamenryinin sağlıq durumunun ağırlaşması, onun ölməsi ilə birlikdə rejimin devriləcəyindən qorxan İrana sığınan axtarışda olan azərbaycanlıların İran rəhbərinin “ölmzliyi” ilə bağlı yaydıqları fikirlər istehza ilə qarşılanır.

Qeup üzvlərinin kütləvi etiraz aksiyalarında iştirak edənlərə qarşı irəli sürdükləri iftira dolu fikirlər, qadın etirazçıları əxlaqsız adlandırmaları, onları iranlıların nifrət hədəfinə çevririb, narazı əhalinin onları cəzalandıracağı barədə ehtimalları gücləndirib.

İranlı sosial media istifadəçiləri adı çəkilən qrup üzvlərinə qarşı cəza tədbirləri görülməsi ilə bağlı müraciətləri artıb.

Sosial media istifadəçiləri onları Azərbaycan respublikasına xəyanət etdikləri kimi, İran xalqlarına da xəyanət etdiklərini bildirir,  İran vətəndaşlarının bunu cavabsız qoymayacaqlarını vurğulayırlar.

Related Articles

Bir cavab yazın

Back to top button